15 
Dek
2019
18:20
7
305
3300
Virtual karabakh

Konqoda mədən faciəsi: 30 nəfərin meyiti çıxarılıb, axtarışlar davam edir

15 Dek, 2019
18:20
3300

Konqoda mədən faciəsi: 30 nəfərin meyiti çıxarılıb, axtarışlar davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqo Demokratik Respublikasının şimal-şərqində qanunsuz fəaliyyət göstərən qızıl mədənində uçqun baş verib.

Dünya mətbuatında yayılan məlumatlara görə, uçqun nəticəsində 30 nəfər həlak olub. Dağıntılar altında daha neçə nəfərin qaldığı hələlik məlum deyil. 

Uçqun 17 metr dərinlikdə baş verib. Hadisəyə son zamanlar Konqoda yağan güclü yağışların səbəb olduğu söylənilir.

Uçqun altında qalanların xilası və cəsədlərin çıxarılması əməliyyatı davam edir. 

Qeyd edək ki, bu, Konqoda son aylar ərzində baş verən ikinci mədən faciəsidir. Bundan öncə baş verən hadisə də qanunsuz fəaliyyət göstərən mədəndə olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri