16 
Dek
2019
04:39
23
77
1604
Virtual karabakh

ABŞ gizli olaraq iki Çin diplomatını ölkədən göndərdi

16 Dek, 2019
04:39
1604

ABŞ gizli olaraq iki Çin diplomatını ölkədən göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ hərbi bazaya qanunsuz girməyə cəhd edən iki Çin diplomatını gizli olaraq ölkədən göndərib. 

“The New York Times” xəbər verir ki, belə hadisə son 30 ildə ilk dəfədir ki baş verib. 

Diplomatlar hərbi bazanın ərazisinə arvadları ilə birlikdə girməyə çalışıblar. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinin içəri girmələrinə icazə yoxdur. Buna baxmayaraq çinlilər bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb. 

ABŞ hakimiyyəti diplomatları təhlükəsizlik sisteminin işini yoxlamaq cəhdində ittiham edib. Çinlilər isə azdıqlarını və ingilis dilini pis bildiklərini bildiriblər. 

Hadisə sentyabrda baş versə də bu haqda təzə məlum olub. Tərəflər hadisə barədə mətbuata açıqlama verməməyi qərara alıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri