16 
Dek
2019
09:37
15
79
1031
Virtual karabakh

Meksikada son həftə ərzində 12 polis qətlə yetirilib

16 Dek, 2019
09:37
1031

Meksikada son həftə ərzində 12 polis qətlə yetirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təkcə son həftə ərzində Meksikanın mərkəzi ərazisində 12 polis qətlə yetirilib.

REN TV bu ölkənin mətbuatına istinadən məlumat verir ki, cinayətkarların son qurbanı mağazada öldürülən İrapuato şəhərinin qadın polis əməkdaşı olub.  

Bundan əlavə, Quanaxuato ştatında yeddi, İrapuatoda üç, Leone və Selaye şəhərlərinin hər birində polis əməkdaşları kriminal qrupların qurbanına çevrilib.

Cari ilin əvvəlindən Quanaxuato ştatında 65 polis əməkdaşı qətlə yetirilib. Sözügedən ştat Meksikanın ən təhlükəli bölgələri sırasında ilk yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri