16 
Dek
2019
09:58
69
14
1405
Virtual karabakh

Avstraliyada güclü yanğına görə ocaq qalamaq qadağan olundu

16 Dek, 2019
09:58
1405

Avstraliyada güclü yanğına görə ocaq qalamaq qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada bir aydan çox davam edən yanğın hələ də söndürülməyib.

“CNNTürk”ün xəbərinə görə, 110 ərazidə davam edən yanğında bu gün 20 ev də yanıb.

Yeni Cənub Galler əyalətində başlayan və Queensland və Cənubi Avstraliyaya yayılaraq 2,7 milyon hektar ərazini əhatə edən yanğında ümumilikdə, altı nəfər ölüb, 740 ev yanaraq külə dönüb.

Yanğın nəticəsində yaranan tüstü paytaxt Sidneydə həyatı iflic edib.

Ölkəyə dəyən zərərin həcminin milyonlarla dollar civarında olduğu təxmin edilir.

Yeni yanğınların qarşısını almaq məqsədilə Mərkəzi Rangers, Şimali Slopes və Şimal-Qərbi Avstraliya ərazilərində ocaq qalamaq qadağan olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri