16 
Dek
2019
10:26
101
25
3515
Virtual karabakh

Məşhur milyarderin qızının evindən 70 milyon dollarlıq cəvahirat oğurlanıb - FOTO

16 Dek, 2019
10:26
3515

Məşhur milyarderin qızının evindən 70 milyon dollarlıq cəvahirat oğurlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı milyarder və “Formula-1”in sabiq rəhbəri Berni Ekklstounun qızı Tamara Ekklstounun evindən 70 milyon dollarlıq cəvahirat oğurlanıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, 35 yaşlı model, TV şərhçisi və prodüser olan Tamaranın 94 milyon dollar dəyərində 57 otaqlı iqamətgahı Londonun mərkəzində, addımbaşı polis patrulunun və nəzarət-buraxılış məntəqələrinin yerləşdiyi, qeyri-rəsmi olaraq “Milyarderlər sırası” adlanan Kensinqton küçəsindədir.

Məlumata görə, Tamara əri və qızı ilə birlikdə Yeni il şənliyini keçirmək üçün ölkədən xaricə gedib. Ev sahiblərinin getməsindən bir neçə saat sonra evdə mühafizəçilərin olmasına baxmayaraq, qarətçilər içəri daxil olub. Onlar hasardan bağa, oradan isə iqamətgaha giriblər. 

Soyğunçuların evdə 50 dəqiqə keçirdikləri vurğulanır. Onların qənimətləri arasında Tamaraya toy hədiyyəsi kimi verilən “Cartie”dən 100 min dollarlıq brilliant qolbaq da olub.

Tamaranın şok vəziyyətində olduğu bildirilir. Polis hadisə şahidlərini axtarır. Milyarderin varisinin evi Londonun ən təhlükəsiz yerlərindən biri sayılırdı. Onun iqamətgahının yaxınlığında Roman Abramoviçin və Bruney Sultanının da iqamətgahı yerləşir.

Berni Ekklstounun üç qızından biri olan Tamaranın varidatının üç milyard dollardan artıq olduğu bildirilir. O, broker Cey Ratlendlə evlidir. Onların Sofiya adlı beş yaşlı qızları var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri