16 
Dek
2019
12:43
61
26
7601
Virtual karabakh

Qəsəbənin qorxunc sirri: Divarlarda insan üzləri qabarır - FOTO

16 Dek, 2019
12:43
7601

Qəsəbənin qorxunc sirri: Divarlarda insan üzləri qabarır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Əndəlüs vilayətinin Belmez-de-la-Moraleda qəsəbəsindəki sirri 30 ildir elm adamları aça bilmir.

“Haber7”nin məlumatına görə, Mariya Qomez Pereira 1971-ci ildə İspaniyanın cənubunda yerləşən, 45 ildir turistlərin gəldiyi bu qəsəbədəki evinin divarında insan üzünə bənzər ləkə görüb.

Araşdırma nəticəsində, evin zirzəmisində 1200-cü ilə aid başsız skeletlərlə dolu məzarlıq tapılıb.

Oradakı skeletlər başqa bir qəbiristanlığa daşınsa da, evin divarında üzlər yenə görünməyə davam edib.

Mariya və Juan cütlüyü hər dəfə divardakı üz ləkələrini qazıb üstünü betonla örtsələr də, ləkələr yenidən qabarıb.

2004-cü ildə Mariyanın ölümündən sonra divardakı üzlərin çəkiləcəyi düşünülsə də əksinə, divarda görünən üzlər çoxalıb və daha aydın görünməyə başlayıb.

Maraqlı tərəf də budur ki, divarda görünən üzlərdə zaman keçdikcə ifadələr dəyişir və cavanlaşır.

Alman alimi Hans Bender indiyə kimi sirri açılmayan bu hadisəni XX əsrin ən mühüm paranormal hadisəsi adlandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri