16 
Dek
2019
12:05
31
70
5402
Virtual karabakh

Modelin dişlədiyi qadına peyvənd vuruldu

16 Dek, 2019
12:05
5402

Modelin dişlədiyi qadına peyvənd vuruldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Berkşir qraflığına bir qadını dişləyən 23 yaşlı modelə hökm oxunub.

Bu barədə Lenta.ru xəbər verib.

Hadisə avqust ayında model Eliza Pirebumun dostları ilə birlikdə at yarışlarına gedən zaman baş verib. Geri dönərkən, qız qatarın sərnişinləri ilə dalaşıb və onlardan birini dizindən dişləyib. Dişlənən qadına “tetanus” peyvəndini vurmaq lazım gəlib.

Pirebuma qarşı zərərçəkənlərdən birini vurması, saçlarını yolması, sonra isə bir başqasını ayağından dişləməsi ilə bağlı ittiham irəli sürülüb. Model ittihamları qəbul etməyib və Amsterdama gedib.

İngiltərəyə qayıtmaq, iş tapmaq və zərərçəkənlərə təzminat ödəməklə pul qazanmaq üçün məhkəmə dinləmələri iki ay təxirə salınmışdı. O isə bunların heç birini etməyib.

Məhkəmə Pirebumu 18 ay sınaq müddəti ilə şərti azadlığa buraxıb. Bundan başqa, model  dişlənən qadına 1000 funt sterlinq (2275 AZN), döyülən qadına isə 250 funt sterlinq (569 AZN) ödəmək məcburiyyətindədir.

Saçyolma ilə bağlı ittiham isə ləğv edilib.

“Tetanus” - sinir sisteminə təsir edən ciddi bir bakterial xəstəlikdir, xüsusən də çənə və boyun əzələlərində ağrılı əzələ sancmalarına səbəb olur. “Kilidli çənə” kimi də tanınan bu xəstəlik nəfəs almağa təsir edərək həyati təhlükə yarada bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri