16 
Dek
2019
16:50
29
71
2920
Virtual karabakh

Fransa generalın qalıqlarına görə Rusiyaya rəsmi müraciət ünvanlayıb

16 Dek, 2019
16:50
2920

Fransa generalın qalıqlarına görə Rusiyaya rəsmi müraciət ünvanlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yelisey sarayı Napoleonun köməkçisi general Sezar Güdenin qalıqlarının Fransaya qaytarılması üçün Rusiyaya rəsmi müraciət ünvanlayıb.

Generalın qalıqları bu yay Smolenskdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. 

Arxeoloqlar tapılan insan sümüklərinin general Güdenə məxsus olduğunu ehtimal etsələr də, dəqiq cavab aparılan genetik müayinələrdən sonra məlum olub.

Generalın nəslindən olan şəxsin xahişi ilə antropoloqlar Güdenin ailə məzarlığından onun anası və oğlunun DNT nümunələrini götürüblər. Müayinənin nəticəsi ehtimalları təsdiqləyib: qalıqlar, həqiqətən, general Güdenə aiddir.

“Le Poind” dərgisi məlumat verir ki, Vladimir Putin “Normand dördlüyü” sammitində iştirakı zamanı məsələni Fransa Prezidenti Emanuel Makronla müzakirə edib və generalın qalıqlarının vətəninə qaytarılması prosesi sürətlənib.

Fransız nəşrinin yazdığına əsasən, yazda Güdenin vətənində təntənəli dəfn mərasimi təşkil olunacaq. Mərasimdə Rusiya və Fransa dövlət başçılarının iştirakı gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri