16 
Dek
2019
17:19
137
32
5039
Virtual karabakh

Rusiyada sabiq nazir oğurladığı hər milyard üçün bir il azadlıqdan məhrum oldu - VİDEO

16 Dek, 2019
17:19
5039

Rusiyada sabiq nazir oğurladığı hər milyard üçün bir il azadlıqdan məhrum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada Basman məhkəməsi sabiq Maliyyə naziri Aleksey Kuznetsovu ümumi rejimli həbsxanada 14 il müddətinə azadlıqdan məhrum edib. Sabiq məmur 14 milyard rubl (333200000 AZN) mənimsəməkdə təqsirli bilinib.

Bununla bağlı Life.ru məlumat yayıb.

Müstəntiqlərin dediyinə görə, 2005-2008-ci illərdə o, digər məmurlarla birlikdə bələdiyyə əmlakını talan edib. Beləliklə, Kuznetsov oğurlanan hər milyard üçün bir il həbs cəzası alıb.

Sabiq Maliyyə naziri uzun müddət təqsirini etiraf etməyib, lakin sonda elədiklərini boynuna alıb.

Qeyd edək ki, Kuznetsovun özü uzun illər ölkədən xaricdə gizlənib, ancaq bir il əvvəl Fransa onu Rusiya hökumətinə təhvil verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri