17 
Dek
2019
15:42
39
28
2100
Virtual karabakh

Onilliyin ən populyar tətbiq və oyunları açıqlandı

17 Dek, 2019
15:42
2100

Onilliyin ən populyar tətbiq və oyunları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2010-2019-cu illərdə dünyada ən çox yüklənən tətbiq və oyunların reytinqi açıqlanıb.

“App Annie” analitik kompaniyasının hazırladığı tətbiqlərin reytinqinə “Facebook”, “Facebook Messenger, “WhatsApp”, “İnstagram” və “Snapchat” liderlik edib.

Liderlərin ilk onluğuna “Skype”, “TikTok”, “UC Browser”, “YouTube”, “Twitter” də daxil olub.

“Youtube” iqtisadi baxımdan ən çox gəlir gətirən tətbiqlərin siyahısında da yer alıb. Bu siyahıya “Netflix” servisi liderlik edib. Siyahının ikinci pilləsində “Tinder”, üçüncü pillədə isə “Pandora Music” qərarlaşıb.

Onilliyin ən çox yüklənən proqramı “Subway Surfers” olub. Siyahıda növbəti yerləri “Candy Crush Saga”, “Temple Run 2”, “My Talking Tom” və “Clash of Clans” tutub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri