Yan
2020
08:34
12
77
3878
Virtual karabakh

Livan naziri axtarışda olan Qonla bağlı açıqlama verdi

2 Yan, 2020
08:34
3878

Livan naziri axtarışda olan Qonla bağlı açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Livan hakimiyyətinin Yaponiyanın “Renault-Nissan-Mitsubish” alyansının keçmiş rəhbəri Karlos Qonun qaçışından xəbəri olmayıb.

Bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində Livanın prezidentin işləri üzrə naziri Səlim Creysati bildirib.

Nazir qeyd edib ki, Livan hakimiyyəti Yaponiyadan Qona aid məlumatların ötürülməsini gözləyir. 

Creysatinin sözlərinə əsasən, əvvəllər ölkə hökuməti bir neçə dəfə Yaponiyanın rəsmi şəxslərinə Qonun ekstradisiyası ilə bağlı sorğu göndərib, lakin cavab almayıb.

Qəzet qeyd edir ki, bir müddət öncə Livan hakimiyyəti Qonu korrupsiyada ittiham etməyə  hazır olduğunu bildirmişdi. Nazir vurğulayıb ki, bu, yalnız Yaponiya tərəfindən tələb olunan məlumatların verilməsindən sonra baş verə bilər.

Qəzetin mənbələri bildiriblər ki, keçmiş top-menecer Yaponiyada məhkəmənin onun həyat yoldaşı ilə əlaqə saxlama imkanlarını məhdudlaşdırmasından son dərəcə narazı qalıb.

Biznesmen onun işi üzrə məhkəmə prosesinin bir neçə il davam edə biləcəyindən narahat olub.

WSJ-nin məlumatına əsasən, Qon hazırda Livanda həyat yoldaşının yanındadır.  

Xatırladaq ki, “Renault”nun sabiq rəhbəri Yaponiyanı başqa ad altında icazəsiz tərk edib. 

Hazırda Yaponiya polisi Karlos Qonun ölkədən necə qaçması faktı üzrə araşdırma aparır.

Qeyd edilir ki, polis hazırda müşahidə kameralarının qaçış günündə Karlos Qonu hərəkətinin mümkün marşrutu üzrə videogörüntülərin analizini aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri