Yan
2020
19:25
251
136
10338
Virtual karabakh

Rəsmi Bağdaddan etiraf: ABŞ-ın hücumundan xəbərdar idik

5 Yan, 2020
19:25
10338

Rəsmi Bağdaddan etiraf: ABŞ-ın hücumundan xəbərdar idik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın baş nazir səlahiyyətlərini icra edən Adil Abdul Mehdi parlament qarşısında çıxışı zamanı ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçirilən əməliyyat barədə İraq hökumətini öncədən məlumatlandırdığını açıqlayıb.

“Əl-Ərəbiyə” telekanalının verdiyi məlumata görə, Baş nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb. A.A. Mehdi onu da bildirib ki, İraq hökuməti bu addıma qarşı çıxıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri