Yan
2020
10:49
209
16
17099
Virtual karabakh

Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO

7 Yan, 2020
10:49
17099

Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada uzun müddətdir davam edən yanğınlar bütün dünyanın diqqətindədir.

Nəhayət, bu gündən başlayaraq ölkə ərazisinə yağış yağmağa başlayıb.

“ABC News” agentliyi məlumat verir ki, havanın temperaturu aşağı düşüb və yağış yağıb. Lakin rəsmilər sevinməyin tez olduğunu, “göylərin hədiyyəsi”nin uzunmüddətli olmayacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, oktyabrın ortalarından başlayaraq Avstraliyanın şərq sahillərində meşə yanğınları tüğyan edir. Hazırda Yeni Cənubi Uels və Viktoriya ştatlarının böyük bir hissəsi yanğınla əhatə olunub. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri