Yan
2020
20:25
197
136
24523
Virtual karabakh

İran televiziyası 180 nəfərin öldüyü təyyarənin “qara qutu”sunun görüntülərini yayımladı - YENİLƏNİB+FOTO

8 Yan, 2020
20:25
24523

İran televiziyası 180 nəfərin öldüyü təyyarənin “qara qutu”sunun görüntülərini yayımladı - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran dövlət televiziyası Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”sunun görüntülərini yayımlayıb. 

Maraqlıdır ki, İran Mülki Aviasiya Nazirliyi qəza ilə bağlı açıqlamasında “qara qutu”nu “Boeing”ə verməyəcəklərini bildirmişdi.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub. 

10:22

Xilasedicilər Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”sunu tapıblar.

Bu barədə İran televiziyası məlumat yayıb.

İran mediası faciənin “texniki səbəblərə görə” baş verdiyi barədə məlumat açıqlayıb. Lakin mütəxəssislər bildirib ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. 

Qeyd edək ki, Tehran yaxınlığında göyərtəsində 180 sərnişin olan Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan sərnişinlərin hamısı həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri