Yan
2020
10:46
18
116
6775
Virtual karabakh

Zelenski dəhşətli təyyarə qəzasından yazdı: “Yaxın Şərqdən dəhşətli xəbər...”

8 Yan, 2020
10:46
6775

Zelenski dəhşətli təyyarə qəzasından yazdı: “Yaxın Şərqdən dəhşətli xəbər...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda baş verən qəza ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib.

Bu barədə o, “Facebook” hesabında yazıb.

“Yaxın Şərqdən dəhşətli xəbər. Həlak olan sərnişinlər və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm”, - deyə o bildirib.

Zelenski, həmçinin, qeyd edib ki, İranda yerləşən Ukrayna səfirliyi hadisənin təfərrüatını araşdırır.

Qeyd edək ki, Tehrandan Kiyevə uçan təyyarə qəzaya uğrayıb, nəticədə, təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri