Yan
2020
09:53
132
52
11846
Virtual karabakh

İranın raket hücumundan sonra ABŞ bazalarının peyk görüntüləri - FOTO

9 Yan, 2020
09:53
11846

İranın raket hücumundan sonra ABŞ bazalarının peyk görüntüləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“National Public Radio” saytında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına təşkil etdiyi hücumun peykdən qeydə alınan şəkilləri yayımlanıb.

Saytda yerləşdirilən fotolarda raket hücumları nəticəsində zədələnmiş anqar və binalar nümayiş etdirilib.  

Bildirilir ki, azı beş hərbi tikiliyə ciddi ziyan dəyib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ hərbi obyektlərinə hücumu general Qasım Süleymaninin qətlə yetirilməsinə cavab olaraq həyata keçirilib.

İran tərəfi hücum nəticəsində 80 ABŞ hərbçisinin həlak olduğunu elan edib. Baş verən hadisələrlə əlaqədar çıxış edən Donald Tramp isə hücum nəticəsində amerikalı hərbçilər arasında itki olmadığı barədə açıqlama verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri