Yan
2020
22:57
58
162
7751
Virtual karabakh

Tramp İrana söz atdı: Kimsə o tərəfdən səhv edə bilərdi

9 Yan, 2020
22:57
7751

Tramp İrana söz atdı: Kimsə o tərəfdən səhv edə bilərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp İranda qəzaya uğrayan Ukraynanın Boeing 737 təyyarəsinin texniki problemlər səbəbindən sıradan çıxmasına şübhə etdiyini deyib.

CNN yazır ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bəyan edib.

“Mənim bir şübhəm var. Bunu demək istəmirəm, çünki digərlərinin də öz şübhələri var. Kimsə o tərəfdən səhv edə bilərdi... Bizimkilərdən deyil. Bununla heç bir əlaqəmiz yoxdur”, -deyə Tramp üstüörtülü danışıb.

ABŞ prezidenti təyyarənin “olduqca əlverişsiz şərtlər altında” uçduğunu qeyd edib: “Bəziləri deyirlər ki, bu, texniki nasazlıq olub. Şəxsən mən buna inanmıram!”

Tramp əlavə edib ki, Ukrayna təyyarəsinin təsadüfən və ya qəsdən vurulduğunu bilmir. Onun sözlərinə görə, qəzanın səbəbləri laynerin “qara qutusu” açılandan sonra məlum olacaq.

Qeyd edək ki, Pentaqonun fikrincə, Ukraynanın “Boeing” şirkəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri