10 
Yan
2020
14:29
315
20
2635
Virtual karabakh

Serj Sarqsyan məhkəmə qarşısına çıxarılır

10 Yan, 2020
14:29
2635

Serj Sarqsyan məhkəmə qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyana qarşı cinayət işində ibtidai istintaq başa çatıb.

Bu barədə “Sputnik Armenia”ya onun vəkili Amram Makinyan məlumat verib.

2019-cu il dekabrın əvvəlində Xüsusi İstintaq Xidməti Sarqsyana respublikanın Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin üçüncü hissəsinin birinci bəndi (mənimsəmə və ya israf etmə maddəsi) ilə ittiham irəli sürüb. Keçmiş prezident 2013-cü il yanvarın 25-dən fevralın 7-dək səlahiyyətli şəxslər tərəfindən 489 milyon dram (1.7 milyon AZN-dən artıq) mənimsəmə, israf etmə və oğurluğu təşkil etməkdə ittiham olunur.

Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Oqancanyan da öz növbəsində “Sputnik Armenia”ya verdiyi müsahibədə istintaq orqanının əldə etdiyi sübutların ittiham irəli sürülməsi və işin məhkəməyə verilməsi üçün kifayət etdiyini bildirib.

“İş materialları təqsirləndirilən şəxslərə və onların nümayəndələrinə baxılması üçün təqdim edildi”, - deyə o bildirib.

Müstəntiqlərin dediyinə görə, 2013-cü ildə Sarqsyan “Flash” şirkətinə himayəçilik edib: şirkət  rəqibindən (təxminən bir milyon dollar fərqi ilə) daha yüksək qiymət təklif etsə də, dizel yanacağının tədarükü üçün tenderi qazanıb. Bununla da dövlətə külli miqdarda ziyan dəyib.

Dekabrın 5-də “Flash” şirkətinin sahibi Barseq Beqlaryana qarşı oğurluq ittihamı irəli sürülüb.

Oqancanyan əlavə edib ki, Barseq Beqlaryan da daxil olmaqla, daha dörd nəfər bu işdə ittiham olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri