10 
Yan
2020
21:05
44
223
3637
Virtual karabakh

Beynəlxalq münaqişələr üzrə ekspert: Rusiya Azərbaycanın güclü olmasında maraqlıdır - EKSKLÜZİV

10 Yan, 2020
21:05
3637

Beynəlxalq münaqişələr üzrə ekspert: Rusiya Azərbaycanın güclü olmasında maraqlıdır - EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, araşdırmaçı jurnalist Yevqeniy Mixaylov Rusiya və Azərbaycanın hərbi texniki əməkdaşlığının perspektivlərini çox müsbət hesab edir. 

“Bundan əlavə, Yaxın Şərqdə və xüsusilə İran ətrafında baş verən faciəli hadisələr səbəbindən gözlənilən silah tədarükünün keyfiyyətcə yaxşılaşdırılması istiqamətində bir çox müqavilələrə yenidən baxıla bilər”, - deyə ekspert Oxu.Az-a bildirib. 

Onun sözlərinə görə, Rusiya İran və ABŞ arasında genişmiqyaslı qarşıdurma vəziyyətində öz ərazisində sabitliyini qoruya biləcək güclü Azərbaycanın olmasında maraqlıdır. Azərbaycanda sakitçilik olarsa, müvafiq olaraq, heç nə Rusiya üçün Şimali Qafqazla bağlı təhlükə yaratmayacaq. 

“Qeyd etmək istəyirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına baxmayaraq, həm pul ödəməyə gücü olmadığı üçün, həm də siyasi səbəblərə görə, daha az yeni silah alacaq”, - deyə Y.Mixaylov Azərbaycan-Rusiya fonunda Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın reallıqlarını və perspektivlərini müqayisə edərək deyib. 

Bununla əlaqədar olaraq, o, Ermənistanın Baş naziri Nikol Paşinyanın İran generalı Qasim Süleymaninin öldürülməsi ilə əlaqədar ABŞ-ı təbrik etməsi barədə mətbuatda məlumat sızmasının təsadüfi olmadığını vurğulayıb, “yəni, iqtisadi blokada vəziyyətində Yerevana kömək edən İrana xəyanət etdi”. 

“Ermənistana qarşı mümkün təcavüzü dəf etmək üçün yeni silahlara gəlincə, Moskva ilk növbədə, Gümrüdəki hərbi bazasını gücləndirəcəkdir ki, bu silahlar Bakıya qarşı istifadə edilməsin”,- deyə ekspert əminliklə bildirib. 

Dağlıq Qarabağ münaqişəsinin həllində perspektivlər və mümkün irəliləyişlər barədə suala cavab verən Y.Mixaylov bu problemin heç nəyə baxmayaraq, 2020-ci ildə həll edilməli olduğunu vurğuladı. 

“Bunun necə olacağını indi ehtimal etmək çətindir. Ancaq məsələ burasındadır ki, Yaxın Şərqdəki yeni qarşıdurmalar fonunda, digər qüvvələrə müharibəyə başlamasına əsas verməmək üçün Moskva qarşısında olan Qarabağ problemini aradan qaldırmalıdır”, - deyə ekspert vurğulayıb. 

Ümumilikdə Azərbaycan-Rusiya əməkdaşlığını şərh edən Yevqeni Mixaylov qeyd edib ki, “Rusiya və Azərbaycan artıq genişmiqyaslı iqtisadi və siyasi layihələri özündə cəmləşdirən beş yol xəritəsinin xəttinə ciddi şəkildə riayət edəcəyini bildirib”. 

“Bu, həm energetika, həm əczaçılıq, həm də bir sıra başqa məsələlərdir. Bundan əlavə, böyük gənclər forumu planlaşdırılır”, - deyə Yevgeniy Mixaylov sözlərini yekunlaşdırıb. 

Alla Zeydullayeva 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri