11 
Yan
2020
09:39
25
334
14751
Virtual karabakh

Ruhanidən təyyarənin “səhvən” vurulması etirafından sonra İLK AÇIQLAMA

11 Yan, 2020
09:39
14751

Ruhanidən təyyarənin “səhvən” vurulması etirafından sonra İLK AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhani Tehranda qəzaya uğrayan təyyarənin vurulmasında əli olan günahkarları məsuliyyətə cəlb edəcəyinə söz verib.

İran prezidenti bu “böyük faciə” və “bağışlanılmaz səhv”in şərtləri açıqlanmayana qədər istintaqın davam edəcəyini deyib.

TASS-ın xəbərinə görə, İran Tehran yaxınlığında Ukraynaya məxsus təyyarənin səhvən vurulmasından təəssüfləndiyini bildirib.

Qeyd edilir ki, bu gün səhər İran Silahlı Qüvvələri Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin “insan səhvinə görə” vurulduğunu açıqlayıb.

Bildirilir ki, təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) vacib hərbi obyektlərindən birinə yaxın olub, eyni zamanda, uçuşun forma və hündürlüyünə görə “düşmən obyektinə bənzəyib”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri