12 
Yan
2020
00:35
106
58
6946
Virtual karabakh

Merlin Monronun ölüm səbəbini açıqlaya biləcək qutu tapıldı

12 Yan, 2020
00:35
6946

Merlin Monronun ölüm səbəbini açıqlaya biləcək qutu tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antidepressantlar qəbul edən məşhur aktrisa Merlin Monronu otağında ölü tapmış psixiatrı Ralf Qrinsona aid ağzı möhürlü bir qutu tapılıb.

Türkiyənin NTV kanalının verdiyi məlumata görə, bu qutunun Monronun ölümündən sonra ortaya çıxan suallara cavab verəcəyi gözlənilir.

1962-ci ildən – məşhur kino ulduzunun ölümündən bu yana hələ də müxtəlif şübhə və fərziyyələr irəli sürülür. Fərziyyələrin birində onu otağında ölü tapmış Ralf Qrinsonun aktrisaya həddən artıq dozada dərman verdiyi iddia edilirdi.

Hazırda ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasında Qrinsona aid möhürlü bir qutu tapılıb. Həmin qutunun 2039-cu ilə qədər açılması qadağandır. Detektivlər qutuda Monronun intihar yox, cinayət qurbanı olduğunu təsdiqləyən faktlar ola biləcəyini istisna etmirlər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri