12 
Yan
2020
05:10
43
109
5694
Virtual karabakh

Yaponiyadan musiqi alətinin qutusunda qaçan Karlos Qon 50 milyon dollar itirdi

12 Yan, 2020
05:10
5694

Yaponiyadan musiqi alətinin qutusunda qaçan Karlos Qon 50 milyon dollar itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin noyabr ayında həbs olunduqdan sonra “Renault-Nissan-Mitsubishi” avtomobil konserninin keçmiş rəhbəri Karlos Qonun sərvəti 40%, yəni təxminən 120 milyon dollardan 70 milyon dollara qədər azalıb.

Belə bir qərara “Bloomberg” apardığı hesablamalar nəticəsində gəlib.

Nəşrin məlumatına əsasən, Qon yalnız Yaponiyadan Livana qaçış əməliyyatına ən azı 15 milyon dollar xərcləyib. Belə ki, Osaka şəhərindən transferin həyata keçirildiyi İstanbula uçmaq üçün özəl təyyarənin icarəsi ona 350 min dollara başa gəlib.

Agentlikdən bildirilir ki, Qon həbsdən çıxmaq üçün 14 milyon dollar məbləğində girov ödəyib.

Xatırladaq ki, “Nissan” şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qon musiqi alətinin qutusunun içində Yaponiyadan Türkiyəyə qaçıb, oradan isə özəl təyyarə ilə Livana uçub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri