13 
Yan
2020
21:36
24
248
11030
Virtual karabakh

Astraliya yanğınlarının miqyası Beynəlxalq Kosmik Stansiyanın ekipajını dəhşətə gətirib - FOTO

13 Yan, 2020
21:36
11030

Astraliya yanğınlarının miqyası Beynəlxalq Kosmik Stansiyanın ekipajını dəhşətə gətirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Kosmik Stansiyanın bortunda olan italyan astronavt Luka Parmitano bildirib ki, stansiyanın ekipajı heç vaxt kosmosdan Avstraliyadakı kimi böyük miqyaslı yanğın görməyib.

Astronavt öz “Twitter” hesabında yazıb:

“Ekipajdakı yoldaşlarımla söhbət edərkən başa düşdük ki, bizim heç birimiz belə dəhşətli miqyasda yanğın görməmişik”.

Parmitano həmçinin kosmik stansiyanın bortundan onun tərəfindən çəkilmiş yanğın şəkillərini də paylaşıb.

Hazırda Beynəlxalq Kosmik Staniyanın bortunda rusiyalı Aleksandr Skvortsov, Oleq Skripoçka, amerikalılar Kristina Kuk, Endryu Morqan, Cessika Meir, həmçinin italiyalı Luka Parmitano çalışırlar.

Qeyd edək ki, Avstraliyadakı meşə yanğınları nəticəsində milyonlarla hektar ərazi yanıb. Yanğın 17 nəfərin həyatına son qoyub, minlərlə ev məhv olub. Sidney Universitetinin araşdırmasına görə, yanğın nəticəsində bir milyarddan çox heyvan ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri