13 
Yan
2020
22:11
160
30
5154
Virtual karabakh

Kraliça: Mən şahzadə Harri və Meqanı tam dəstəkləyirəm

13 Yan, 2020
22:11
5154

Kraliça: Mən şahzadə Harri və Meqanı tam dəstəkləyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harri və həyat yoldaşı Meqan Marklın krallıq imtiyazlarından imtina etməsi və daha çox şəxsi həyata üstünlük vermək qərarlarını dəstəklədiyini ifadə edib. Bu açıqlama kral ailə məclisinin nəticələrindən sonra verilib.

“Ailəm və mən Harri ilə Meqanın gənc bir ailə olaraq yeni bir həyat qurmaq istəyini tamamilə dəstəkləyirik. Onların kral ailəsinin tamhüquqlu üzvləri olaraq qalmasını istəsək də, daha müstəqil bir həyat sürmək istəklərinə hörmət edir və başa düşürük”- açıqlamada bildirilir.

Kraliça ayrıca İngiltərədə və Kanadada yaşayacaqları müddəti Harri və Meqan Markl üçün “keçid dövrü” adlandırıb. Bunun necə olacağına dair son qərar yaxın günlərdə gözlənilir.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl kral ailəsini tərk etmək istəklərini yanvarın 8-də elan ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri