13 
Yan
2020
22:44
50
173
7342
Virtual karabakh

Kristina Orbakaytenin keçmiş həyat yoldaşı altıncı dəfə evləndi - FOTO

13 Yan, 2020
22:44
7342

Kristina Orbakaytenin keçmiş həyat yoldaşı altıncı dəfə evləndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur müğənnisi Kristina Orbakaytenin keçmiş həyat yoldaşı, zəngin iş adamı 51 yaşlı Ruslan Baysarov altıncı dəfə evlənib.

Oxu.Az xəbər verir ki, Ruslan 18 yaşlı çeçen qızı Alamat Abubakarova ilə ailə həyatı qurub.

Cütlük nədənsə özlərinə şahlara layiq bahalı və dəbdəbəli toy məclisi qurmaq əvəzinə, ailə yığıncağı ilə münasibətlərini rəsmləşdirməklə kifayətləniblər.

İkili Moskvada tanış olublar. Onların ilk tanışlığı isə “İnstagram” sosial şəbəkəsində olub.

Məlumata əsasən, Ruslan keçmiş yəni, beşinci arvadı Mədinə Baysatova ilə artıq il yarımdan çoxdur ki birlikdə yaşamır. O, Rublyovkadakı evi Mədinəyə hədiyyə edib. Hazırda qadın orada yaşayır. Ruslan hələ də onunla münasibətlərini tam olaraq bitirməyib. Keçmiş cütlüyün bu nikahdan iki övladı var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri