14 
Yan
2020
02:57
79
44
2152
Virtual karabakh

Monteneqroda iki jurnalist qeyri-dəqiq məlumata görə həbs edildi

14 Yan, 2020
02:57
2152

Monteneqroda iki jurnalist qeyri-dəqiq məlumata görə həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqroda iki jurnalist ölkədə yanlış informasiya yaydıqları üçün həbs olunublar.

“RİA Novosti” xəbər verir ki, həbs olunanlar müxalif “İN4S” və “Borba” portallarının redaktorları Qoyko Raiçeviç və Caren Jivkoviçdir.

Jurnalistlərin yaydığı məlumatda “Qoritsa” prezident villasında partlayış baş verdiyi bildirilib.

Sözügedən bina ölkədə rəsmi tədbirlər üçün istifadə olunur.

Polis rəsmi açıqlama verərək bildirib ki, villada əslində elektrik avadanlığı sıradan çıxaraq qısa qapanma yaradıb.

Müxalifət həbslərin söz azadlığına və jurnalist toxunulmazlığına xələl gətirdiyini bildirərək onların azadlığa buraxılmasını tələb edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri