14 
Yan
2020
04:36
28
204
6332
Virtual karabakh

Liviyada müharibə davam edəcək: Həftar Moskvanı barışıqsız tərk etdi

14 Yan, 2020
04:36
6332

Liviyada müharibə davam edəcək: Həftar Moskvanı barışıqsız tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Həftar və Milli Barışıq Hökumətinin başçısı Faiz Sərrac arasında Moskvada keçirilən danışıqlar nəticəsiz sona çatıb.  

“RİA Novosti” Liviya mənbələrinə istinadən xəbər verir ki, tərəflər arasında saziş imzalanmamış Həftar Moskvanı tərk edib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin qərar qəbul etmək üçün səhərə qədər vaxt istədiklərini bildirib.

Moskvada keçirilən görüş Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə baş tutub. Onun yekununa görə tərəflər arasında Liviyada atəşkəs haqqında saziş imzalanmalı idi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri