14 
Yan
2020
10:04
80
49
5002
Virtual karabakh

Süleymaninin meyitini onlar görüntüləyiblər

14 Yan, 2020
10:04
5002

Süleymaninin meyitini onlar görüntüləyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin iranlı general Qasım Süleymaninin Bağdadda hava hücumuna məruz qaldığı an ərazidə olduğu ortaya çıxıb.

Bu barədə “Haber7” məlumat yayıb. 

Bildirilib ki, ABŞ ordusunun əsgərləri hücumdan dərhal sonra əraziyə gedib, Süleymaninin meyitini yoxlayıb və şəkillərini çəkiblər. Bundan sonra fotolar “Fox News” kanalına ötürülüb. 

İranlı generalın üzərində olan pulqabı, tapança, tüfəng və şeir kitabının fotosu paylaşılıb.

Görüntülərin Süleymaninin pilotsuz uçuş aparatından atılan raketlə vurulmasından bir-iki dəqiqə sonra onları bir kilometrdən az məsafədə izləyən ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən çəkildiyi vurğulanıb. 

Raketin verdiyi zərəri dəyərləndirməklə vəzifələndirilən qrup yanan maşını və içindəki cansız bədənləri görüntüləyib və hücumun nəticəsini təsdiqləyib.

Hərbçilərin Süleymaninin telefonunu və digər elektron cihazlarını da götürmək istədikləri, lakin  yanğın səbəbindən bunu edə bilmədikləri vurğulanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri