14 
Yan
2020
13:26
16
108
4856
Virtual karabakh

Xəbər agentliyinin müxbiri intihar edib

“Rossiya Seqodnya”nın müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb. 

Bu barədə "Lenta.ru" xəbər yayıb.

Bildirilir ki, İspaniya vətəndaşı olmasına baxmayaraq, Antonio Manuel Sançes Reqalado Rusiya mediasında işləyib. Jurnalist gündüz özünü pis hiss edib. O, təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər.

Axşam isə onun cəsədini qonşusu tapıb. Antonio heç bir məktub qoymayıb.

Hazırda onun intiharının səbəbi araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri