14 
Yan
2020
14:43
22
330
20676
Virtual karabakh

Hindistanda “ilan adam” aşkar edildi - FOTO/VİDEO

14 Yan, 2020
14:43
20676

Hindistanda “ilan adam” aşkar edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın şərqində yerləşən Qancam vilayətində nadir və ağır dəri xəstəliyindən əziyyət çəkən 10 yaşlı uşaq aşkar edilib.

“The Sun” xəbər verir ki, xəstəlik səbəbindən Caqannath adlı oğlanın dərisi ilan dərisinə bənzəyir.

Dərisinin quruması nəticəsində yaranan ağrılar və narahatlıq hissini azaltmaq üçün uşaq hər saat çimir və üç saatdan bir dərisinə nəmləndirici krem sürtür.  

Yeri gəlmişkən, Caqannath hər ay dərisini dəyişir.

Quruyaraq kobudlaşan dərisi ona rahat yeriməyə də mane olur və uşaq, adətən, çəliklə gəzmək məcburiyyətində qalır.

Mütəxəssislərin sözlərinə əsasən, bu xəstəliyin müalicəsi yoxdur.

Oğlanın atası Prabhakar Pradhan düyü plantasiyasında işləyir və onu müalicə etmək imkanından məhrumdur.

“Oğlumun bu xəstəlikdən əziyyət çəkdiyini gördükcə ürəyim ağrıyır”, - deyə bədbəxt ata gileylənir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri