14 
Yan
2020
16:24
23
226
6058
Virtual karabakh

Həkim təcili yardım maşınında xəstəni döydü - FOTO

14 Yan, 2020
16:24
6058

Həkim təcili yardım maşınında xəstəni döydü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində həkim xəstəni döyüb.

Vse42.ru-nun xəbərinə görə, 76 yaşlı kişi kömək üçün müraciət etdiyi həkimin təzyiqinə məruz qalıb.

İlkin məlumata görə, aritmiyadan əziyyət çəkən təqaüdçü boğulmağa başlayıb və təzyiqi artıb.

Həyat yoldaşı onu müharibə veteranları xəstəxanasına göndərmək üçün təcili yardım çağırıb.

Ancaq təcili yardım gələn zaman sürücü təqaüdçüləri fərqli yolla aparıb. Bunun səbəbini soruşduqda isə, həkim onlara sərt şəkildə “hara istəsəm, apararam” deyib.

Bundan sonra təqaüdçü ayağa qalxmağa çalışıb, onu və həyat yoldaşını buraxmaq üçün maşının dayanmasını istəyib. Bu zaman həkimlərdən biri onu boğmağa başlayıb və burun körpüsünə zərbə vurub.

Tibbi yardım maşınından enən ər-arvad başqa bir yardım çağıraraq xəstəxanaya gediblər.

Orada kişiyə lazımi yardım göstərilib, zədələnən burnuna tikiş qoyulub. Həkim və tibb bacısının etdiyi qəddarlığın səbəbi məlum deyil.

Polislər şikayətçilərin tələbinə əsasən hadisəni araşdırmağa başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri