14 
Yan
2020
23:58
22
157
3158
Virtual karabakh

İspaniyada petrokimya zavodunda partlayış: Kimyəvi həyəcan siqnalı verildi

14 Yan, 2020
23:58
3158

İspaniyada petrokimya zavodunda partlayış: Kimyəvi həyəcan siqnalı verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada zavodda güclü partlayış olub. 

CNN xəbər verir ki, hadisə ölkənin şərqindəki Tarraqona əyalətində qeydə alınıb. 

Partlayış “La Canonja” adlı petrokimya şirkətində meydana gəlib. İlkin məlumatlara görə, hadisə zamanı ən az 4 nəfər yaralanıb.  

Əyalətdə həyəcan siqnalı verilib. Kimyəvi zəhərlənmə təhlükəsi səbəbindən hüquq mühafizə orqanları yerli əhaliyə qapalı məkanlarda olmağı, qapı və pəncərələri möhkəm qapatmağı tövsiyə edib. 

Ərazi avtomobillər üçün də qapadılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri