15 
Yan
2020
05:28
18
202
3776
Virtual karabakh

ABŞ-da sərnişin təyyarəsi yanacağı məktəbin üstünə tökdü: 17 uşaq xəsarət aldı

ABŞ-ın Kaliforniya ştatında sərnişin təyyarəsi ibtidai məktəb ərazisinə aviasiya yanacağı töküb.

“The New York Times” xəbər verir ki, hadisə Los-Anceles şəhəri yaxınlığında baş verib.

Şanxaya uçan təyyarə səmaya qalxdıqdan bir neçə dəqiqə sonra dispetçerlərə mexaniki nasazlıq haqqında xəbər verib. Təcili hava limanına qayıdan təyyarənin pilotu yanacağın qəzalı buraxılmasını həyata keçirib.

Nəticədə yüksək oktanlı aviasiya yanacağı insanların və tikililərin üstünə tökülüb. 17 uşaq da daxil olmaqla, 26 nəfər tibbi yardım üçün müraciət edib.

Pilotun yanacağı xüsusi ayrılan yerdə yox yaşayış massivi üzərində buraxması araşdırmaya səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri