15 
Yan
2020
15:12
108
65
6257
Virtual karabakh

Tramp: Süleymani öldürülməsəydi... - VİDEO

15 Yan, 2020
15:12
6257

Tramp: Süleymani öldürülməsəydi... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranlı general Qasım Süleymaniyə qarşı əməliyyat keçirilməsəydi, demokratlar tərəfindən tənqid ediləcəkdim.

TASS-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsində tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Biz onu öldürdük, onlar isə bunun dəhşətli olduğunu bəyan etdilər. Biz bunu etməsəydik, demokratlar da deyəcəkdilər ki, bu dəhşətdir”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və onun yaxın silahdaşları öldürülüb.

İranlı generalın ölüm fərmanını şəxsən Donald Tramp verib. 

Buna cavab olaraq yanvarın 8-də İran  ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumları həyata keçirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri