15 
Yan
2020
12:51
88
50
4936
Virtual karabakh

Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir - FOTO

15 Yan, 2020
12:51
4936

Rusiya “Mi-8” helikopterini “uçan tank”a çevirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələri 2020-ci ildə “uçan tank” - köhnə “Mi-8”ə əsaslanan unikal döyüş helikopteri əldə edəcək.

Bu barədə “İzvestiya” qəzeti RF Müdafiə Nazirliyindəki bir sıra mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Mi-8AMTSH-VN indeksinə sahib helikopter təkcə hərbçilərin daşınması üçün nəzərdə tutulmayıb, həmçinin, havadan atəş dəstəyi verə bilər.

Bu tapşırığı yerinə yetirmək üçün ona dörd ədəd uzunmənzilli “Hermes” raketi, səkkiz vahid səsdən sürətli “Ataka” və ya iki ton aviabomba yüklənə bilər. Həmçinin, helikopter müasir avionika, optoelektronika sistemləri, radarlar və istilik görüntüləri ilə təchiz ediləcək.

Beləliklə, o, hətta zərbə helikopterləri ilə də rəqabətə girə biləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri