15 
Yan
2020
15:19
98
180
2714
Virtual karabakh

Azərbaycan dünyanın ən yaxşı dövlətləri reytinqində mövqeyini yaxşılaşdırdı

15 Yan, 2020
15:19
2714

Azərbaycan dünyanın ən yaxşı dövlətləri reytinqində mövqeyini yaxşılaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “U.S. News World Report” jurnalının hazırladığı “Best Countries 2020” ən yaxşı ölkələr reytinqində Azərbaycan doqquz pillə irəliləyərək, 70-ci pillədən 61-ci pilləyə yüksəlib.

2019-cu ildən fərqli olaraq (80 ölkə - red.) dərc olunan siyahıya 73 ölkə daxil edilib.  

“Usnews.com” məlumat verir ki, əvvəlki araşdırmalarda olduğu kimi, siyahıda ilk yeri İsveçrə tutur, son pillədə isə Livan qərarlaşıb. Bütövlükdə postsovet məkanına gəlincə, siyahıda Rusiya – 23, Estoniya – 55, Litva – 59, Latviya – 62, Ukrayna - 68, Belarus isə 70-ci yerdə qərarlaşıb.

Nəticələr “U.S. News World Report”, “BAV Consulting” şirkəti və Pensilvaniya ştatının Universiteti əməkdaşlarının dünyanın müxtəlif ölkələrindən olan 20 min insan arasında keçirdiyi rəy sorğusuna əsasən qiymətləndirilib.

Siyahının tərtibatçıları bu və ya digər ölkəni 65 sahədəki nəticələrinə uyğun olaraq qiymətləndiriblər.

Ümumi reytinqə doqquz kateqoriya daxildir, onlardan hər birinə əsasən ayrıca reytinq tərtib olunub.

Nadir istisnalar olmaqla, demək olar ki, bütün kateqoriyalar üzrə Azərbaycanın mövqeyində yüksəliş qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri