15 
Yan
2020
14:34
65
28
5613
Virtual karabakh

Polisin illərlə axtardığı cinayətkar evin zirzəmisində yaşayıb - FOTO

15 Yan, 2020
14:34
5613

Polisin illərlə axtardığı cinayətkar evin zirzəmisində yaşayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənın Diyarbəkr şəhərində bir çox cinayətdə adı hallanan, 22 il axtarışda olan cinayətkar tutulub.

“Haber Global”ın məlumatına görə, polislər K.İ.-ni Çermik rayonunda ata-anasının evinin zirzəmidə tapıblar.

Bildirilib ki, K.İ. otaqların birinin altında xüsusi olaraq hazırlanmış iki metr hündürlüyü olan altı kvadrat metrlik hissədə gizlənib.

O, 1987-ci ildə üç nəfərin öldürülməsi, üç nəfərin yaralanması, 1990-cı ildə iki nəfərin, 1993-cü ildə bir ailənin beş üzvünün, 1994-cü ildə isə üç nəfərin öldürülməsində şübhəli bilinən şəxslərdən biridir.

Cinayətkarın 1998-ci ildən axtarışa verildiyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri