15 
Yan
2020
14:41
109
33
5298
Virtual karabakh

Putindən gözlənilməz açıqlama: Bəzi səlahiyyətlərindən imtina edir

15 Yan, 2020
14:41
5298

Putindən gözlənilməz açıqlama: Bəzi səlahiyyətlərindən imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxış edərkən Dövlət Dumasına Rusiyanın Baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib.

Bu barədə "Rossiya 24" telekanalı xəbər yayıb.

Putin, həmçinin, parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiqləməsini təklif edib.

Rusiya prezidentinin sözlərinə görə, bununla hökumətin tərkibini təsdiqləyən RF prezidenti parlamentlə razılaşdırılmış namizədləri təsdiqləməli olacaq. Putin vurğulayıb ki, prezidentin  bu namizədləri rədd etmək hüququ olmayacaq.

Bununla yanaşı, Putin bəyan edib ki, prezidentin etimadını itirən və ya vəzifələrini lazımınca yerinə yetirməyən baş nazir, müavinləri və digər nazirləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

Rusiya prezidenti əlavə edib ki, prezident silahlı qüvvələrə və güc strukturlarına rəhbərlik etmək hüququnu özündə saxlamalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri