15 
Yan
2020
16:57
172
41
9645
Virtual karabakh

Putindən bütün dövlət vəzifələri üçün sərt tələb: Azı 25 il...

15 Yan, 2020
16:57
9645

Putindən bütün dövlət vəzifələri üçün sərt tələb: Azı 25 il...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentliyinə namizəd üçün tələblər Konstitusiya səviyyəsində sərtləşdiriləcək.

“Vesti”nin məlumatına görə, bu barədə RF dövlət başçısı Vladimir Putin Federal Yığıncağa müraciətində bəyan edib.

Onun sözlərinə görə, ali dövlət vəzifəsinin namizədi Rusiyada azı 25 il yaşamalıdır, həmçinin, xarici vətəndaşlığı və ya başqa ölkələrdə yaşama icazəsi olmamalıdır.

Bu tələb Baş nazir, nazir və qubernatorlara da aiddir. Onların xarici vətəndaşlığı, başqa ölkələrdə yaşama icazəsi və ya digər dövlətin ərazisində daimi qalmağa icazə verən digər sənədləri olmamalıdır.

Eyni tələb Rusiyada region rəhbərlərinə, Federal Şuranın üzvlərinə, Duma deputatlarına, həmçinin, Baş nazirə, nazir müavinlərinə, federal nazirlərə, digər federal orqanları rəhbərlərinə və hakimlərə qarşı da irəli sürüləcək. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri