16 
Yan
2020
02:01
706
19
12643
Virtual karabakh

Meksikada pedofili diri-diri yandırdılar - FOTO

16 Yan, 2020
02:01
12643

Meksikada pedofili diri-diri yandırdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksika hökuməti ölkənin Çyapas ştatında pedofilin kütlə tərəfindən qətlə yetirilməsi hadisəsini araşdırır.

“Pressa” TV xəbər verir ki, Alfredo Roblero altı yaşlı Carid adında qızı zorlamaqda və öldürməkdə şübhəli bilinib.

Yanvarın 9-u itkin düşmüş uşağın meyitini bir gün sonra aşkar ediblər.

Qızın xalasının şübhəli şəxsi polisə təhvil vermək istəməsinə baxmayaraq, qəzəblənmiş kütlə buna imkan verməyib.

Onlar A.Robleronu döyərək dirəyə bağlayıblar.

Sonra isə kütlə şübhəli şəxsin üzərinə benzin tökərək od vurub.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin həyatını xilas edə bilməyiblər.

Hazırda Çyapas hökuməti şübhəlinin ölüm faktı ilə bağlı araşdırma aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri