16 
Yan
2020
06:33
5
363
5733
Virtual karabakh

Evdə baş verən yanğın nəticəsində iki uşaq həyatını itirdi

16 Yan, 2020
06:33
5733

Evdə baş verən yanğın nəticəsində iki uşaq həyatını itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın İrkutsk vilayətində evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq həyatını itirib.

TASS xəbər verir ki, daha bir uşaq müxtəlif dərəcəli yanıqlarla yerli xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı uşaqların atası işdə olub, anaları isə mağazaya yollanaraq onları evdə tək qoyub.

Evin dəhlizində yerləşən piysuzun partlaması nəticəsində yanğın baş verib.

2012-ci il təvəllüdlü oğlan 2016 və 2017-ci il doğumlu qardaş və bacısını xilas etməyə çalışsa da, buna nail ola bilməyib. Uşaq evi tərk edərək qonşularının qapısını döyüb və kömək istəyib.

Onlar isə yanğınsöndürənləri çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri