16 
Yan
2020
07:29
251
16
4644
Virtual karabakh

Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi

16 Yan, 2020
07:29
4644

Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın şimalında yerləşən Kərkük şəhərində böyük nüfuza malik türkmanlar bölgənin Təhsil İdarəsində edilən yeni təyinatlarla bağlı etiraz aksiyası keçirib.

“Anadolu” xəbər verir ki, etirazçıların fikrincə, kadr dəyişiklikləri ədalətsizdir.

Aksiyada müxtəlif ali təhsil ocaqlarının yüzlərlə məzunu iştirak edib.

Onlar uzun illərdir ki, türkmanlara qarşı edilən ayrı-seçkilik səbəbindən iş tapa bilmirlər.

Türkman qeyri-hökumət təşkilatlarından birinin rəhbəri İstibrak Yazaroğlu son təyinatları edərkən türkmanların nəzərə alınmadığını bildirib.

Etirazçılar Kərkük qubernatoru Rakan Səidinin türkmanların hüquqlarının pozulmasına məhəl qoymamasından da narazı olduqlarını qeyd ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri