18 
Yan
2020
02:28
14
75
4501
Virtual karabakh

“Disney” “20th Century Fox”un adını dəyişir

18 Yan, 2020
02:28
4501

“Disney” “20th Century Fox”un adını dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın kinonəhəngi “The Walt Disney Company” “20th Century Fox” kinostudiyasının və onun törəmə şirkəti olan “Fox Searchlight Pictures”in adındakı “Fox” sözündən imtina edə bilər. 

Variety” jurnalının verdiyi məlumata əsasən, onlar “20th Century Studios” və “Searchlight Pictures” adlanacaqlar.

Bildirilir ki, şirkət artıq addəyişmə prosesinə başlayıb. Artıq  “Searchlight Pictures”in əməkdaşlarının iş poçtunun, eləcə də törəmə şirkətin veb-saytının ünvanları dəyişdirilib. 

Bundan savayı, 2020-ci ilin yanvarında ekranlara çıxacaq “Bərbad” (Downhill) filminin afişasında şirkətin adından “Fox” sözü çıxarılaraq, yalnız “Searchlight Pictures” saxlanılıb.

Lakin yenilik məşhur “20th Century Fox” başlığına şamil edilməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri