17 
Yan
2020
15:55
9
475
6301
Virtual karabakh

Ana azyaşlı qızını ac-susuz qoyub öldürdü - FOTO

17 Yan, 2020
15:55
6301

Ana azyaşlı qızını ac-susuz qoyub öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kirov vilayətində ananın səhlənkarlığı uşağın ölümünə səbəb olub.

“RİA Novosti”nin xəbərinə görə, Mariya Plenkina azyaşlı qızını günlərlə evdə nəzarətsiz qoyaraq gedib.

Aclıq və soyuq üç yaşlı uşağın ölümünə səbəb olub.

Xüsusi qəddarlıqla qızının ölümünə səbəb olan anaya hökm oxunub.

Məhkəmə qərarı ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qadın, eyni zamanda, 7 min rubl (193 AZN) məbləğində cərimə ödəyəcək.

Məhkəmə prosesində Plenkina ərinin uşaq doğulandan sonra onları atıb getdiyini bildirib, lakin övladını nə üçün günlərlə ac-susuz, nəzarətsiz qoyduğunu açıqlamayıb. Məlum olub ki, anası və nənəsi maddi ehtiyacları üçün onları pulla təmin edib. Lakin qadın pulu başqa məqsədlər üçün xərcləyib.

Psixiatr qadının psixi problemləri olmadığı, eyni zamanda, insanlara qarşı empatiya duymayan və qeyri-həssas insan olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri