18 
Yan
2020
01:40
21
273
14569
Virtual karabakh

10 yaşlı oğlandan hamilə qalan yeddinci sinif şagirdi xəstəxanaya yerləşdirilib

18 Yan, 2020
01:40
14569

10 yaşlı oğlandan hamilə qalan yeddinci sinif şagirdi xəstəxanaya yerləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 10 yaşlı oğlandan hamilə qalan yeddinci sinif şagirdi xəstəxanaya yerləşdirilib. Bu barədə “TVK Krasnoyarsk” öz mənbəsinə istinadla bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyanın Krasnoyarsk diyarında şəhərlərdən birində yeddinci sinif şagirdi olan qız dördüncü sinif şagirdi olan oğlandan hamilə qalıb. Uşaqlar ayrı-ayrı məktəblərdə oxuyurlar. Sosial şəbəkədə hər ikisinin səhifəsində “vətəndaş nikahında” statusu qoyulub.

“Həkimlər qızın sağlamlığını yaxından izləyirlər. Vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Onun hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi dəqiqləşdirilməyib”, - deyə nəşr qeyd edib.

İlkin məlumata görə, döl artıq yeddi həftəlikdir, məktəbli hamiləliyi davam etdirməyə qərar verib. Həkimlər və valideynlər atalıq müəyyənləşdirmək üçün ekspertiza keçirmək istəyirlər.

Hadisə ilə əlaqədar polis yoxlama aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri