17 
Yan
2020
23:19
10
393
9856
Virtual karabakh

Tualetdə uşaq dünyaya gətirən ana qaçdı, körpə öldü

17 Yan, 2020
23:19
9856

Tualetdə uşaq dünyaya gətirən ana qaçdı, körpə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində dövlət xəstəxanasının tualetində dünyaya gətirdiyi övladını ölü halda qoyub qaçan 19 yaşlı A.K. hüquq-mühafizə orqanları tərəfindən tutulub.

DHA-nın məlumatına görə, Torbalı Dövlət Xəstəxanasındakı qadın tualetində ölü körpə tapılıb. Qız uşağı olan körpənin üzərində olan göbək bağından yenicə dünyaya gəldiyi məlum olub. Onun ölüm səbəbi araşdırılmaq üçün cəsədi İzmir morquna göndərilib.

Xəstəxananın təhlükəsizlik kameralarına baxış zamanı adı açıqlanmayan 19 yaşlı A.K.-nın  tualetdə uşaq dünyaya gətirdiyi məlum olub.

A.K. elə həmin gün tapılıb. Nişanlı olduğu biliənən A.K. gigiyenik olmayan yerdə doğuş etdiyi üçün xəstəxanaya yerləşdirilərək müalicə alıb. Müalicəsi bitən gün isə o, polis tərəfindən tutularaq ifadəsi alınıb.

A.K-nın anası Nəbiyə Kükmən də qızının cinayətinə yardım etdiyi üçün həbs edilib.

Hazırda uşağın dünyaya ölü gəldiyi və ya sonradan öldüyü araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri