18 
Yan
2020
03:41
120
27
3901
Virtual karabakh

Azərbaycan əsilli jurnalist Rusiya mətbuatı günü münasibətilə mükafatlandırılıb - FOTO

18 Yan, 2020
03:41
3901

Azərbaycan əsilli jurnalist Rusiya mətbuatı günü münasibətilə mükafatlandırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi TASS agentliyinin Diplomatik Strukturlarla Əlaqələr üzrə bölməsinin rəhbəri Səadət Qədirovanı mükafatlandırıb.

Bu barədə “Report”un Rusiya bürosuna S.Qədirovanın özü bildirib.

Səadət Qədirova “Xəyallar gerçəkləşir” layihəsi çərçivəsində “Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri”ni birləşdirdiyinə görə Rusiya Xаrici İşlər Nаzirliyinin “Xarici siyasətin önündə” nominasiyasının qalibi olub.

“Xəyallar gerçəkləşir” S.Qədirovanın “YouTube”dakı “Kadyrovaonline” kanalında müəllif layihəsidir.

Rusiyanın mətbuat gününə həsr edilmiş mükafatlandırma mərasimi “Four Seasons” mehmanxanasında Moskva Jurnalistləri İttifaqının qəbulunda olub. Mükafatı S.Qədirovaya Rusiya Federasiyası Xаrici İşlər Nаzirliyinin rəsmisi Mariya Zaxarova təqdim edib.

Qeyd edək ki, Qədirova Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyindən mükafat alan birinci azərbaycanlı olub. O, həmçinin bu il TASS-ın nazirlik tərəfindən mükafatlandırılan yeganə jurnalistidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri