18 
Yan
2020
07:00
237
28
7276
Virtual karabakh

Üç yaşlı oğlan yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu

18 Yan, 2020
07:00
7276

Üç yaşlı oğlan yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada üç yaşlı uşaq yüksək IQ səviyyəsi olan insanlar cəmiyyətinin ən gənc üzvü oldu.

Bu barədə “Metro” yazır.

Bildirilir ki, Məhəmməd adlı vunderkind yeddi ayında danışmağa başlayıb. Daha sonra oxumağı öyrənib və artıq iki yaşında uzun hekayələri yadda saxlaya və təkrarlaya bilirdi. Həmçinin o, iki - ingilis və malay dilində danışır.

Valideynlərinin sözlərinə görə, onlar bütün uşaqların sürətlə inkişaf etdiyini düşündükləri üçün övladlarının bacarıqlarına əhəmiyyət vermirdilər. Lakin bir müddət sonra bağçada müəllimlər onlara uşağın inkişafda həmyaşıdlarını qabaqladığını bildiriblər.

Bununla yanaşı Məhəmməd  özünü digər uşaqlar kimi aparır. Belə ki, o da oynamağı, şəkil çəkməyi və cizgi filmlərini izləməyi sevir.

İntellekt əmsalının yoxlanılması nəticəsində onun IQ-nun 142-ə bərabər olduğu məlum olub. Bu göstərici insanların 99,7 faizindən çoxdur. İndi isə Məhəmməd intellekt səviyyəsi 98 faizdən yüksək olan insanların daxil olduğu Mens cəmiyyətinin ən gənc üzvüdür.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri