18 
Yan
2020
20:29
88
195
9536
Virtual karabakh

Fransız milyarder dünyanın ən varlı adamı oldu

18 Yan, 2020
20:29
9536

Fransız milyarder dünyanın ən varlı adamı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub.

Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in seiyahısında ilk pillədən aşağı endirib. 

“Ria Novosti”nin xəbərinə görə, bu haqda “Forbes” dərgisi məlumat verib.

Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.

“Amazon” şirkətində isə tam əksinə, səhmlər 0,7 faiz aşağı düşüb. Nəticəsə Ceff Bezos 760 milyon dollar itirib.

Hazırda Bernard Arnaultun sərvəti 117, Ceff Bezosun isə 115,6 milyard dollar təşkil edir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri