18 
Yan
2020
23:37
223
29
3907
Virtual karabakh

İran vurulan təyyarənin qara qutusunu Ukraynaya göndərəcək

18 Yan, 2020
23:37
3907

İran vurulan təyyarənin qara qutusunu Ukraynaya göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 8-də Tehranda vurulan “Boeing 737” tipli sərnişin təyyarəsinin qara qutusu Ukraynaya göndəriləcək. 

“RİA Novosti” xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Agentliyi Qəza İdarəsinin baş direktoru Həsən Rızayifer açıqlama verib. 

Hadisəni tədqiq etmək üçün Ukraynadan gələn mütəxəssislərlə görüşdüyünü bildirən Rızayifer təyyarənin qara qutusunun İranda oxunmayacağını deyib. O qeyd edib ki, qara qutu ukraynalıların istəyi ilə həmin ölkəyə göndəriləcək. 

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanından uçuşa qalxarkən partlayıb düşmüşdü. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. 

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yaydı. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri